“Qəbələ” Azərbaycan kubokunun qalibi oldu

“Qəbələ” Azərbaycan kubokunun qalibi oldu

“Qəbələ” Azərbaycan kubokunun qalibi oldu

Bu gün Azərbaycan kubokunda 2018/19 mövsümünə yekun vurulub.

Qolat.com-un məlumatına görə, yarış  Naxçıvan Muxtar Respublikası Stadionunda keçirilən final oyunu ilə başa çatıb.

Avropa Liqasına vəsiqə verən mükafat uğrunda matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gəlib. İndiyədək kuboku qazanmayan rəqiblər tarixlərində ilk titul üçün mübarizə aparıblar.

İkinci dəfə Naxçıvanda baş tutan finaldan öncə açılış mərasimi və konsert proqramı təşkil olunub. Ardınca start fiti verilən oyun erkən qolla başlayıb. Stiven Monroz 4-cü dəqiqədə hesabı açıb.

Bu top matçın taleyini həll edib. Qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi adına yiyələnib.

Qeyd edək ki, “Qəbələ” Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Azərbaycan kuboku
Final
19 may (bazar)
“Qəbələ” - “Sumqayıt” - 1:0
Qol
: Stiven Monroz, 4
Qırmızı vərəqə: Cavid Tağıyev ("Sumqayıt") - 90+5
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Naxçıvan Muxtar Respublikası Stadionu


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Mxitaryan Bakıya gəlməyəcək - “Arsenal”dan  rəsmi açıqlama
Mxitaryan Bakıya gəlməyəcək - “Arsenal”dan rəsmi açıqlama
İngiltərənin “Arsenal” klubu erməni futbolçu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı qərarını açıqlayıb.  Qolat.com-un klubun rəsmi...
Dünya Futbolu
"Yuventus" çempion, "Mançester Siti" lider oldu, "Barselona"dan çətin qələbə - İcmal
İngiltərə Premyer Liqasında XXXV tura start verilib. Qolat.com-un məlumatına görə, mərkəzi görüş "Etihad" stadionunda baş tutub. "Tottenhem"i qəbul edən "Mançester...
Dünya Futbolu
"Beşiktaş" Fransadan müdafiəçi aldı
"Beşiktaş" növbəti transferini reallaşdırıb. Qolat.com-un məlumatına görə, İstanbul təmsilçisi Fransanın "Qenqam" klubunun sol cinah müdaiəçisi Pedro Rebeşunu...
Dünya Futbolu
PSJ prezidenti rüşvət verməkdə ittiham olunur
PSJ prezidenti rüşvət verməkdə ittiham olunur
Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi rüşvət verməkdə ittiham olunur. Qolat.com-un məlumatına görə, ərəb iş adamı Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) sabiq...