Həvəskarlar arasında II Stolüstü Tennis Çempionatı - QALİBLƏR

Həvəskarlar arasında II Stolüstü Tennis Çempionatı - QALİBLƏR

Həvəskarlar arasında II Stolüstü Tennis Çempionatı - QALİBLƏR

"QOLAT Sport Services" şirkətinin Azərbaycan Stolüstü Tennis Federasiyası ilə birgə əməkdaşlıq çərçivəsində ikinci dəfə təşkil etdiyi Həvəskar Stolüstü Tennis Turnirinə maraq bu dəfə daha çox olub.

"QOLAT Sport Services" olaraq bu dəfə də əsas hədəfimiz, təşkil etdiyimiz idman yarışları ilə üzvlərimizin iş stresini azaltmaq, yeni əməkdaşlıqlar, yeni dostluqlar və ən əsası daha sağlam həyat tərzini təbliğ etmək idi.

Respublikamızın müxtəlif istiqamətlərindən turnirimizə qoşulan iştirakçılarımız arasında gərgin mübarizəli görüşlər baş verdi.

Yaşın sadəcə rəqəm olduğunu bizlərə bir daha sübut edən Rövşən Bədəlov nümayiş etdirdiyi gözəl oyunu ilə azarkeşlərin sevgisini qazana bildi. Finala qədər irəliləməyi bacaran Rövşən Bədəlov yalnız həlledici matçda Rüstəm Bədəlov adlı iştirakçımıza məğlub olaraq turnirimizin gümüş medalına sahib oldu. Qalibimiz Rüstəm Bədəlov isə ilk dəfə keçirilən turnirimizdə də qalib gəlməyi bacarmışdı.

Turnirimizin bürünc medalına isə məhşur həkim DR. Uroloq Elçin Mustafayev sahib oldu. 

Qeyd etmək lazımdır ki, möhtəşəm şəkildə keçirilən turnirimizin baş sponsoru HB Güven Klinik idi.

Turnirimizin təşkilinə böyük köməklik göstərən Azərbaycan Stolüstü Tennis Federasiyasının bütün əməkdaşlarına öz təşəkkürlərimizi bildiririk.

Sizlərdən isə bizi izləməyə davam etməyinizi xahiş edərək növbəti idman layihələrimizdə görüşməyimizi arzulayırıq.


Müəllif : Murad Hümmət

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
"Beşiktaş"ın prezidenti: "Azərbaycanda çempion olsaq..."
"Beşiktaş"ın prezidenti Fikrət Orman açıqlama verib. Qolat.com xəbər verir ki, "qara qartallar"ın rəhbəri 2019-cu ildə Bakıda keçiriləcək Avropa Liqası finalında oynamaq...
Ölkə Futbolu
Əliyar Ağayev Avro-2020-nin seçmə mərhələsində
Əliyar Ağayev Avro-2020-nin seçmə mərhələsində
FIFA referisi Əliyar Ağayev Avro-2020-nin seçmə mərhələsinin oyununa təyinat alıb. Qolatat.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, o, martın 24-də Varşava şəhərindəki...
Dünya Futbolu
"Barselona" əlavə vaxtda vurulan iki qolla məğlubiyyətdən qaçdı
Futbol üzrə İspaniya Çempionatının 30-cu turuna start verilib. Qolat.com-un məlumatına görə, "Vilyarreal" klubu "Barselona"nı qəbul edib. "Estadio de la Seramika"...
Dünya Futbolu
Həftənin ən maraqlı sitatları - Siyahı
Həftənin ən maraqlı sitatları - Siyahı
Qolat.com həftənin ən maraqlı sitatlarını təqdim edir: 1. Antuan Qrizman "Nə vaxt nəsə qazanmaq istəsəm, Ronaldo gəlir və bunu məndən oğurlayır. Bu səbəbdən ona çox nifrət edir, həm...