III QOLAT CUP - Həvəskar Mini Futbol Turniri

III QOLAT CUP -  Həvəskar Mini Futbol Turniri

III QOLAT CUP - Həvəskar Mini Futbol Turniri

QOLAT Sport Service olaraq yalnız həvəskar şəxslər arası mini futbol turnirimiz olan QOLAT CUP futbol çempionatının üçüncü mövsümünə start veririk. Həmişə olduğu kimi bu dəfə də əsas hədəfimiz, təşkil etdiyimiz idman yarışı ilə üzvlərimizin iş stresini azaltmaq, yeni əməkdaşlıqlar, yeni dostluqlar və ən əsası daha sağlam həyat tərzini təbliğ etməkdir.
Qeyd etmək istəyirik ki, bu il də sizlərə əsl idman əyləncəsi yaşamanız üçün, yeni və xeyli maraqlı fikirlərlə sizlərin xidmətinizdə olacağıq.
Çempionatımızın püşkatma mərasimi məşhur otellərin birində keçiriləcəkdir. Püşkatma mərasimində çempionatımızda iştirak edəcək 32 komandanın mübarizə aparacağı qruplar bəlli olacaqdır. Bundan əlavə püşkatma mərasimində sizləri maraqlı təqdimat, əyləncəli müsabiqə və ya oyunlar, həmçinin də partnyor şirkətlərimizdən kiçik hədiyyələr gözləyəcəkdir. Püşkatmanın dəqiq zamanı və məkanı isə öncədən komanda kapitanlarına xüsusi dəvət şəklində bildiriləcəkdir.
Turnirimizin oyunları isə yalnız həftənin bazar günləri səhər saatlarından başlayaraq günorta saarlarına qədər Azfar stadionlarında ( 9 mkr / Tərlan res. ) keçiriləcəkdir. Oyunları milli dərəcəli hakimlər idarə edəcəkdir. Oyunlarda həmçinin həkim heyyəti də mövcud olacaqdır. Oyun zamanı komandalara forma və su təminatı da biz tərəfindən olacaqdır.
Çempionatımızın digər maraqlı tərəflərindən biri isə müxtəlif platformalarda olan informasiya və görüntü materialları olacaqdır. Belə ki, hər oyun turu boyunca stadionlarda foto və video çəkilişlər, oyundan sonra komanda üzvlərindən video müsahibələr alınacaqdır. Bu foto və video materiallar bizim Facebook, İnstagram və Youtube sosial media platformalarımıza yerləşdiriləcəkdir. Tur bitdikdən sonra isə saytımızın xəbər bölməsində turun icmalı haqqında xəbərimiz, həmçinin sosial media platformalarımızda maraqlı statistikalar, əyləncəli paylaşımlar və turun ən yaxşı oyunçusu və komandası nominasiyası üzrə qalib olanlar haqqında paylaşımlar olacaqdır.
Qeydiyyatlarımız isə öz sürətilə davam edir. Sizləri də həvəskar şəxslər arasında keçiriləcək ən əyləncəli və maraqlı olan futbol turnirinə qatılmağa dəvət edirik. Gəlin, siz də öz futbolunuzu yaşayın!


Müəllif : Murad Hümmət

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
"Barselona"da ciddi itki: 3 həftə oynamayacaq
"Barselona"nın heyətində ciddi itki baş verib. Qolat.com xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Serxio Buskets sıradan çıxıb. Çempionlar...
VI DOSTLUQ CUP
VI DOSTLUQ CUP / II TUR
VI DOSTLUQ CUP / II TUR
QOLAT Sport Services olaraq hər il ənənəvi olaraq təşkil etdiyimiz DOSTLUQ CUP mini futbol turnirinin qrup mərhələsinin ikinci turunu geridə qoyduq. Bu turda bir - birindən maraqlı və gərgin mübarizə...
Ölkə Futbolu
Banişevskinin 73 yaşı tamam olur
Banişevskinin 73 yaşı tamam olur
Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin anadan olmasından 73 il ötür. Qolat.com-un klubun rəsmi saytına istinadən məluamt verir ki, 1946-cı il fevralın...
Dünya Futbolu
“Barselona” autsayderlə bacarmadı,
“Barselona” autsayderlə bacarmadı, "Atletiko" və "Sevilya"dan qələbə
İspaniya La Liqasında XXXII tur başlayıb. Qolat.com-un məlumatına görə, turun ikinci günündə 4 oyun keçirilib. Günün sensasiyası “Barselona”nın matçında qeydə...